Joze Mourinyo: “Çelsi”yə dönmək məcburiyyətindəyəm”
“İnkar etməyin mənası yoxdu, mənim “Çelsi” ilə çox güclü bağlarım var. Londonda evim var, bu havaya rəğmən bu şəhəri çox sevirəm. Bir gün İngiltərə futboluna, “Çelsi”yə geri dönmək məcburiyyətindəyəm”. Bu sözləri “Real”ın baş məşqçisi Joze Mourinyo deyib.

“Sky Sports News”a danışan portuqaliyalı mütəxəssis Londona sadəcə gəzməyə gəldiyini bildirib: “Necə ki, Portuqaliyada görünməyim normal qarşılanır, burda da olmağım belə qarşılanmalıdı. Bura tez-tez gəlirəm”.

Xəbər 941 dəfə oxundu.