Fatih Akyel xəstəxanaya yerləşdirilib
Türkiyə millisinin sabiq üzvü Fatih Akyel xəstəxanaya yerləşdirilib. “Qalatasaray” və “Fənərbaxça”nın formasını geyinmiş veteran futbolçu infarkt keçirib.

“Yeşilköy International Hospital”a yerləşdirilən Akyel ölümdən döndüyü deyilir. Hazırda özündə olan 35 yaşlı veteran futbolçunun danışa bildiyi və özünü yaxşı hiss etdiyi deyilir.

Qeyd edək ki, Türkiyə millisində 64 oyun keçirmiş Akyel karyerası ərzində ardıcıl olaraq “Bakırköyspor”, “Qalatasaray”, “Malyorka” (İspaniya), “Fənərbaxça”, “Bohum” (Almaniya), PAOK (Yunanıstan), “Trabzonspor”, “Gənclərbirliyi”, “Ankaragücü”, “Kasımpaşa”, “Kocaelispor” və “Tepecikspor” klublarında çıxış edib. O, Türkiyə yığmasının heyətində Dünya çempionatının bürünc medalını qazanıb.

Xəbər 787 dəfə oxundu.