Salyanda dama üzrə rayon birinciliyi
Martın 19-da Salyan rayon Gənclər və İdman İdarəsinin və 5 saylı Cəzaçəkmə Müəsisəsinin təşkilatçılığı ilə “Bahar” bayramı və Ümummilli Lider H.Əliyevin 90 illik yubileyi münasibəti ilə Penitensiar Xidmətin 5 saylı cəzaçəkmə müəsisəsində məhkumlar arasında dama üzrə birincilik keçirilib.

Birinciliyin keçirilməsində məqsəd məhkumların asudə vaxtlarını səmərəli təşkil etmək və Ümummilli Lider H.Əliyevin xatirəsini əbədiləşdirmək olub. Tədbirdə ümumilikdə tədbirdə 60 nəfər iştirak edib.

36 məhkumun qatıldığı turnirdə birinciyə Rafail Quliyev, ikinciyə Seyfəddin Axundov üçüncü yerə Qədirov Gündüz görülüblər. Qaliblər Gİİ-si tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Xəbər 1124 dəfə oxundu.