Berti Foqtsun komandası Portuqaliyaya uduzdu
Bu gün Azərbaycan milli komandası 2014-cü il dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyunun çıxıb. İdman.com.az saytı xəbər verir ki, “ay-ulduzlularımız” Tofiq Bəhramov adına Respublika stadionunda qrupun favoritlərindən olan Portuqaliya yığmasını qəbul edib.

Gərgin matcda Berti Foqtsun komandası meydanı məğlub tərk edib. Fasiləyə qədər qapısını toxunulmaz saxlayan millimiz, 2-ci hissədə hücumçu Rauf Əliyevin qırmızı vərəqə almasından sonra ruhdan düşüb; nəticədə, qapısından 2 top buraxıb.

Xəbər 1033 dəfə oxundu.