Kaka dünya çempionatını düşünür
Madrid «Real»ının havbeki Kaka özünün gələcək planlarını açıqlayıb. İdman.com.az saytı xəbər verir ki, braziliyalı futbolçu «O Globo» nəşrinə müsahibəsində belə deyib:

«Mənim işlərim tədricən yüksələn istiqamətdə inkişaf edir. «Real»ın heyətində indi daha çox meydana çıxıram. Ən vacibi də odur ki, mən azarkeşlər dəstəkləyirlər. İndi isə bir əsas məqsədim var. Bu, Braziliya yığmasının əsas heyətinə dönməkdir.

Mən artıq komandanın veteranıyam. Lakin hələ də yığmaya xeyir verə bilərəm. Ümid edirəm ki, Luis Skolari» mənə 2014-cü il dünya çempionatında oynamaq imkanı verəcək».

Xəbər 939 dəfə oxundu.