Deşam: «İspaniyaya qədər Gürcüstan var»
Fransa yığmasının baş məşqçisi Didye Deşam oyunçularını dünya çempionatı seçmələri çərçivəsində martın 22-də Gürcüstan millisinə qarşı keçiriləcək matça cəmləməyə çağırıb. İdman.com.az saytı xəbər verir ki, 4 gün sonra ispanlarla keçiriləcək matç barədə hələ düşünməyi isə lazım bilməyib:

«Biz Gürcüstanla oyuna köklənməliyik. Baxmayaraq ki, hər kəs ancaq İspaniya barədə düşünür. Gürcüstanın hücum xətti heç də pis deyil. Onlar ispanlarla son oyunda əla müdafiə olunurdular. Biz də eyni vəziyyətlə üzləşə bilərik. İlk növbədə onlar müdafiə barədə düşünəcəklər. Bizə isə qol vurmağa imkan tapmaq lazımdı Biz topa çox sahib olan və bunun vasitəsi ilə təhlükəli anlar yaradan bir komanda yaratmağa çalışırıq».

Xəbər 903 dəfə oxundu.