Ouen ilyarıma «tamam» deyə bilər
Maykl Oeun ilyarıma karyerasını başa vura bilər. İdman.com.az saytı xəbər verir ki, bu barədə futbolçu «The Guardian»a müsahibəsində deyib:

«Mən indiyədək futbol oynamaqdan həzz alıram. Ancaq vaxtilə düşünürdüm ki, titullar uğrunda mübarizə aparmırsansa, karyeranı davam etdirmək düzgün deyil.

İndi isə karyeramın necə inkişaf etməsi barədə düşünürəm. Əgər sağlamlığım imkan versə, daha ilyarım oynayacağam. Sonrasına isə baxarıq. Çoxdan anlamışam ki, irəli baxmaq lazımdır».

Xəbər 990 dəfə oxundu.