Lempardın yubileyinə «Vest Hem»dən hədiyyə
İngiltərə çempionatının 30-cu turu çərçivəsində «Çelsi»nin «Vest Hem»lə qarşılaşmasında azarkeşlərin iştirakı ilə qalmaqal baş verib. İdman.com.az saytı xəbər verir ki, münaqişəyə oyunun qəhrəmanlarından biri – «Çelsi»nin yarımmüdafiəçisi Frenk Lempard da cəlb olunub.

Həmin gün o, Rafael Benitesin komandasında 200-cü qolu vurub. 34 yaşlı havbek qolu qeyd edərkən «Vest Hem»in fanat tribunasının yaxınlığında olub. Onlara 1994-2001-ci illərdə komandalarının şərəfini qorumuş futbolçunun Yussi Yaaskelaynenin qapısına vurduğu qolu çox çılğın qeyd etməsi qəzəbləndirib.

Nəticədə, bu hala dözməyən azarkeşlər Lemparda və onun yanında olan Con Terriyə müxtəlif əşyalar atmağa başlayıblar. Bu sırada dəmir pullar, hətta hot-toq da olub. Faktla bağlı London polisi təhqiqata başlayıb. Hələ ki, hər hansı həbs olmayıb.

Xəbər 989 dəfə oxundu.