Zemanın «Peskara»ya dönüşü istisna deyil
«Peskara»nın prezidenti Daniele Sebastyani Zdenek Zemanın komandasının sükanna dönüşünü istisna etmir. İdman.com.az saytı xəbər verir ki, «Peskara» məhz bu məşqçinin sayəsində 20 ildən sonra «A» Seriyaya dönmüşdü. Sebastyani deyib:

«Məncə bu məsələdə nəsə şərh vermək indiki vəziyyətdə hazırkı məşqçilər qərargahına hörmətsizlik olar. Ancaq hadisələrin gedişinə iyunda baxarıq». 29 turdan sonra «delfin»lər turnir cədvəlinin dibində qərarlaşıblar və xilaskar 17-ci yerdən 5 xal məsafədədilər. Komanda artıq 10 oyundu ki, qələbə qazana bilmir».

Xəbər 877 dəfə oxundu.