Putin tatarlardan nümunə götürür
Vladimir Putin 2018-ci il dünya çempionatının obyektlərinin tikintisində Kazanın təcrübəsindən istifadə etməyi məsləhət görüb. İdman.com.az saytı xəbər verir ki, Rusiya prezidenti bununla bağlı maraqlı təklif irəli sürüb:

«Digər regionlarda stadionların inşasının necə aparıldığına nəzər salmaq məqsədəuyğun olar. Bunu əsas kimi götürərək əlavə məsrəflərdən qaçmaq olar. Yeni layihələrin yaradılmasına sıfırdan başlasaq, bunun üçün az pul almayacaqlar».

Xəbər 922 dəfə oxundu.