Kasilyas tam məşqləri bərpa edib
Madrid «Real»nın qolkiperi İker Kasilyas ümumi qrupda məşqlərə başlayıb. İdman.com.az saytı xəbər verir ki, 31 yaşlı qapıçı meydana martın 31-də 29-cu tur çərçivəsində «Saraqosa» ilə matçda çıxa biləcək. Kasilyas zədəni yanvarda İspaniya Kubokunda «Valensiya»ya qarşı matçda komanda yoldaş Alvaro Arbeloa ilə toqquşmada almışdı.

Xəbər 3346 dəfə oxundu.