«Tottenhem» Beyli satmağa razıdır
«Tottenhem»in prezidenti Deniel Levi «Mançester Yunayted»in yarımmüdafiəçi Qaret Beylin alışı ilə bağlı təklifiylə tanış olub. İdman.com.az saytı xəbər verir ki, klub rəhbəri uelsli futbolçusunu rəqibinin düşərgəsinə göndərməyə hazırdır. Ancaq Levinin bir şərti var.

Bu keçid 80 milyon avro müqabilində mümkün olacaq. Daha əvvəl bildirilirdi ki, «Tottenhem» Beyli saxlamaq üçün futbolçuya ilinə 9 milyon ödəməyə hazırdır. Cari mövsümdə 23 yaşlı forvardın hesabında 35 oyuna 21 qol var. Onunla Madrid «Real»ı və Milan «İnter»i də maraqlanırlar.

Xəbər 844 dəfə oxundu.