Lyamuşi: «Droqbanın forma yığmasını gözləyirik»
Fil Dişi Sahili yığmasının baş məşqçisi, millinin «Qalatasaray»lı oyunçusu Didye Droqbanı Qambiya ilə seçmə matça çağırmayaq Lyamuşi öz qərarı ilə bağlı açıqlama verib: «Droqba milli komandadan çxarılmayıb. Lakin son 8 ayda o, 3 klub dəyişib. Şübhəsiz ki, bu onun formasına mənfi təsir göstərib. «Qalatasaray»da o, əvvəlki formasını bərpa edir. Biz isə səbrlə gözləyirik. Onun yığmaya dünya çempionatına çıxmağa kömək edəcəyinə ümid bəsləyirik».

İdman.com.az saytı xəbər verir ki, Droqba özü indi də Fransaya dönmək fikrinə düşüb. O deyib: «Həqiqətən də Çindən «Marsel»ə gedə bilərdim. Bu komanda ilə danışıqlar aparmışam. Lakin tərəflər razılığa gələ bilməyiblər. Belə məsələlrə də də bütün tərəflərin razı olmağı gərəkdi. Lakin Fransaya dönəcəyimi istisna etmirəm. Əvvəllər də buna söz vermişdim. Mənim karyeram məhz Fransa çempionatında sürətlə inkişaf etməyə başlayıb. Orada da tamamlanmalıdır».

Xəbər 974 dəfə oxundu.