Messi: «Millidə elə də yaxşı oynamamışam»
«Barselona»nın forvardı Lionel Messi Argentina yığmasında oyunundan danışıb. İdman.com.az saytı xəbər verir ki, Messi onun millidə klubdakı kimi uğurlu ola bilməməsini qeyd edib. Bununla belə, kataloniyalıların lideri yığmanın çon dünya çempionatlarında uğursuzluqlarını öz üzərinə götürmək istəməyib:

«Mən bilirəm ki, hələ də Argentina yığmasında lazım olan kimi oynamıram. Lakin mən tək deyiləm. Son iki dünya çempionatında bütün komanda maksimum bacardığını göstərə bilməyib. Sadəcə, kütləvi informasiya vasitələri və azarkeşlər gözləyirlər ki, mən meydana çıxacağam və təkbaşına oyunu qazanacam. Lakin bu, mümkün deyil».

Xəbər 1181 dəfə oxundu.