Jak Uilşeri üçün mövsüm erkən başa çatıb
“Arsenal”ın futbolçusu Jak Uilşeri üçün mövsüm erkən başa çatıb. Biləyindən zədələnən ulduz futbolçunun cari mövsümdə meydana çıxa bilməyəcəyi dəqiqləşib.

2010-2011 mövsümündə biləyindən zədələnən və əməliyyatdan sonra y6 ay yaşıl meydanlardan kənarda qalan Uilşeri bu mövsümün əvvəlində formasını bərpa etmişdi. Lakin ötən “Tottenhem”lə oyunda eyni yerdən yenidən zədə alan “Arsenal”ı futbolçu 6 həftəyə yaxşı olacaq. Lakin Arsen Venger Premyer Liqanın bitməsinə 4 həftə qalmış sağalacaq oyunçunu risk etməyərək, gələn mövsüm üçün saxlayacaq.

Xəbər 805 dəfə oxundu.