Bahodir Nasimov Bakıya qayıdır
Bir neçə gün əvvəl evlənən “Neftçi”nin hücumçusu Bahodir Nasimov Bakıya qayıdır. Zədə səbəbindən bu mövsüm Premyer Liqada meydana çıxmayan özbək forvard sabah ölkəmizdə olacaq.

Qeyd edək ki, Bahodir Nasimovun toy mərasimi vətəni Özbəkistanda keçirilib. Toya “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov, futbolçu Mirhüseyn Seyidov və bir neçə klub nümayəndəsi qatılıb.

Xəbər 1205 dəfə oxundu.