Droqba lazım olmadı
«Qalatasaray»ın kotdivuarlı ulduzları Didye Droqba və Emanuel Ebue öz ölkələrinin yığmasının gələn həftə keçiriləcək matçına dəvət almayıblar. İdman.com.az saytı xəbər verir ki, Abicanda dünya çempionatı seçmələri çərçivəsində Qambiya yığmasına qarşı keçiriləcək görüşə Droqbanın dəvət edilməməsi ilə bağlı hər hansı səbəb göstərilməyib.

Afrika Millətlər Kubokunda yığmanın formasını geyinmiş futbolçulardan Droqbadan savayı 5-i də 28 nəfərlik heyətdə yer almayıb. Bunlar «Qalatasaray»dan Emanuel Ebue, «Saraqosa»dan Romarik, «Dijon»un qapıçısı Daniel Yeboa, PSJ-nin stoperi Siaka Tyene və «Kuban»da forma geyinən İqor Lolodur.

Komandanın baş məşqçisi Lamuşi Droqbanı Afrika Millətlər Kubokundakı bir matçda əsas heyətə salmamışdı və bu da tərəflər arasında gərginliyə səbəb olmuşdu.

Bundan savayı, Türkiyə klublarında forma geyinən kotdivuarlı futbolçulardan «Trabzonspor»lu Süleyman Bamba və Didye Zokora yığmada yerlərini qoruyublar, əlavə olaraq da «Kayseri Erciyesspor»un gənc forvardı Jerar Bi Qua da yığmaya dəvət alıb.
Dünya çempionatı seçmələrində Afrikanın «C» qrupunda yer alan Kot`Divuar yığmasının Qambiyaya qarşı görüşünə dəvət olunan futbolçuların tam siyahısı isə belədi:

Qapıçılar: Bubakar Barry («Lokeren», Belçika), Ali Badra Sanqare («İvoire Akademie»), Abdoul Kərim Sisse («Afrika Sports»), Silveyn Ebohuo («Seve San Pedro»).

Müdafiəçilər: Süleyman Bamba («Trazbonspor», Türkiyə), Kolo Ture («Mançester Siti, İngiltərə), Didye Zokora («Trabzonspor», Türkiyə), Artur Boka («Ştuttqart», Almaniya), ismael Traore («Brest», Fransa), Benjamin Bru Anqua («Valensyenn», Fransa), Jan-Daniel Akpa Akpro («Tuluza», Fransa).

Yarımmüdafiəçilər: Yaya Ture («Mançester Siti», İngiltərə), Didye Ya Konan («Hannover», Almaniya), Maks-Alain Qradel («Sent Etyenn», Fransa), Abdul Razak («Mançester Siti», İngiltərə), Şeyk İsmael Tiote («Nyukasl», İngiltərə), Losseni Karabue («Nansi», Fransa), Ciovanni Sio («Soşo», Fransa), Geoffroy Serey Die («Bale», İsvesçrə), Emmanuel Kone Kuamatyen («Sedan», Fransa).

Hücumçular: Jervinyo («Arsenal», İngiltərə), Salomon Kalu («Lille», Fransa), Vilfred Boni («Vitess», Niderland), Lasina Traore («Anji», Rusiya), Aruna Kone («Uiqan», İngiltərə), Seydu Dumbiya (SSKA, Rusiya), Jerar Bi Qua Qohu («Kayseri Erciyesspor», Türkiyə), Kevin Zuqula («Seve San Pedro»).

Xəbər 1207 dəfə oxundu.