Gəncədə şahmat üzrə şəhər çempionatı keçirilib
5-8 mart tarixlərdə Gəncə şəhər Gənclər və İdman Baş idarəsinin təşkilatçılığı ilə şəhərin ali və orta ixtisas təhsilli tələbələri arasında XII ənənəvi Spartakiadasına daxil olan şahmat üzrə şəhər çempionatı keçirilib.

Şahmat –Dama məktəbində 32 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi tələbə gənclər arasında idmanı inkişaf etdirmək, şəhərin ali və orta ixtisas təhsili tələbələri arasında qalib idmançıları seçmək, şəhərin yığma komandasına daxil etmək olub.

Sonda birinciyə ADAU, ikinciyə AzTU, üçüncüyə GDU, dördüncü yerə Müəllimlər institutu layiq görülüblər; orta ixtisas məktəbləri arasında birinciyə Musiqi kolleci, ikinciyə Humanitar, üçüncüyəTibb məktəbi, dördüncü yerə Texniki kollec layiq görülüblər.

Xəbər 889 dəfə oxundu.