Türkiyə millisi iki itki ilə üzləşib
Andorra və Macarıstanla oyunlara hazırlaşan Türkiyə millisi iki itki ilə üzləşib. “Fənərbaxça”lı Emre Bələzoğlu və “Bayer”in üzvü Ömer Toprak zədə səbəbindən heyətdən çıxarılıb.

Emre dünən “Antalyaspor”la oyunda ağır zədə alıb və 4-6 həftə yaşıl meydanlardan kənarda qalacaq. Ömer isə sol dizindən bir müddət əvvəl aldığı zədə üzündən milliyə qoşula bilməyəcək. Baş məşqçi Abdullah Avcı iki futbolçunun əvəzinə “Trabzonspor”dan Soner Aydoğdunu heyətə daxil edib.

Xəbər 940 dəfə oxundu.