Qəbələdə rayon birinciliyi keçirilib
Martın 16-da Qəbələ rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Qəbələ şəhər 2 saylı tam orta məktəbdə gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsində, onların fiziki hazırlıqlarının artırılmasında, ordu sıralarına hazırlanmasında mühüm rol oynayan “Şahin” hərbi-idman oyunu üzrə rayon birinciliyi keçirilib.

Rayonun tam orta məktəblərinin 9-11-ci sinif şagirdlərinin iştirak etdiyi yarışın əsasnaməsinə uyğun olaraq sıra hazırlığı mərhələsi keçirilmiş, daha sonra komandalar estafet mərhələsində mübarizələrini davam etdiriblər.

Yekun nəticələrə əsasən birinciyə Qəbələ şəhər 3saylı, ikinciyə 1saylı, üçüncü yerə Soltannuxa kənd tam orta məktəbin komandası layiq görülüblər.

Sonda qalib komandalar Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar.

Xəbər 874 dəfə oxundu.