Göyçayda V ölkə çempionatı keçirilib
Gənclər və İdman Nazirliyinin təqvim planına uyğun olaraq, Göyçay Olimpiya İdman Kompleksində gənclər və yeniyetmələr arasında çoxmübarizəli döyüş idman növləri üzrə V ölkə çempionatı keçirilib.

“AzNar” QSC-nin sponsorluğu ilə keçirilən və iki gün davam edən yarışda 23 şəhər və rayondan 300 idmançı iki versiya üzrə 24 çəki dərəcəsində mübarizə aparıblar.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda oğlanlardan Emin Nəbiyev (30 kq, Yevlax), Əli İsgəndərli (40 kq, Göyçay), Razəddin Azadov (45 kq, Göyçay), Cəfər Səmədzadə (50 kq, Şəki), Rəşad Həsənli (55 kq, Yevlax), Fətəli Məmmədli (60 kq, Göyçay), Hüseyn Novruzov (65 kq, Bakı), Elnur Əhmədov (70 kq, Ucar), Elton Kərimov (75 kq, (Yevlax), Əbülfəz Davudov (80 kq, Göyçay), qızlardan Gülcan Həmidova (30 kq, Şəki), Bahar Dadaşova (35 kq, Şəki) və Şəhla Həmidova (55 kq) birinci yeri tutublar.

Çempionatda ilk üç yeri tutan idmançılara diplom və medallar verilib.

Xatırladaq ki, baş məşqçi Xaləddin Şirinov ölkə çempionu olan idmançıları yığma komandanın heyətinə cəlb edərək beynəlxalq yarışlara hazırlayacaq. İdmançılarımız aprelin 10-16-da Ukraynanın Xarkov şəhərində keçiriləcək dünya çempionatında və aprelin 12-15-də Rusiyanın Sank-Peterburq şəhərində keçiriləcək döyüş növləri olimpiyadasında ölkəmizi təmsil edəcəklər.

Xəbər 911 dəfə oxundu.