Nizami rayonunda “Basketbol” üzrə yarış keçirilib
11-13 mart tarixlərdə Nizami rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə XXV Spartakiadasının Əsasnaməsinə müvafiq olaraq “Basketbol” üzrə yarış keçirilib.

220 saylı orta məktəbdə keçirilən yarışın məqsədi idmanın kütləviliyinə nail olmaq, bədən tərbiyəsi və idmanı geniş coğrafi məkanda inkişaf və təbliğ etdirmək, yüksək nailiyyətlər əldə etmək və dünya şöhrətli idmançılar hazırlamaq olub.

Sonda qaliblər Nizami rayon Gənclər və İdman İdarəsi tərəfindən xatirə hədiyyələri və diplomlarla təltif olunublar.

Xəbər 1149 dəfə oxundu.