Binəqədidə “Voleybol” üzrə rayon birinciliyi keçirilib
8-13 mart tarixlərində Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə yeniyetmələr (qızlar) arasında “Voleybol” üzrə rayon birinciliyi keçirilib.

126 saylı orta məktəbdə 16 məktəb komandasından 192 nəfər idmançının iştirakı ilə keçirilən yarışın məqsədi yeniyetmə və gənclərin sağlamlığının qorunması, kütləvi bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi olub.

Sonda birinciyə 284 , ikinciyə 244, üçüncü yerə 314 saylı orta məktəbin komandası layiq görülüblər.

Xəbər 894 dəfə oxundu.