Binəqədidə “Güllə atıcılığı” üzrə rayon birinciliyi
11-12 mart tarixlərində Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə XXV Spartakiadanın proqramına daxil olan “Güllə atıcılığı” üzrə rayon birinciliyi keçirilib.

126 saylı orta məktəbdə 32 məktəb komandasından 320 nəfər idmançının iştirakı ilə keçirilən yarışın məqsədi yeniyetmə və gənclərin sağlamlığının qorunması, kütləvi bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi, rayonun yığma komandasının şəhər birinciliyində çıxışının təmin edilməsi olub.

Sonda birinciyə 244, ikinciyə 126, üçüncü yerə 283 saylı orta məktəbin komandası layiq görülüblər.

Xəbər 860 dəfə oxundu.