Zərdabda hərbi idman oyunu üzrə rayon birinciliyi
Martın 16-da Zərdab rayon Gəlmə kənd tam orta məktəbin bazasında “Şahinlər” hərbi idman oyunu üzrə rayon birinciliyi keçirilib.

300 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin daha da gücləndirilməsi, orta məktəb şagirdlərinin hərbi idman oyunlarına geniş cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanması olub.

Sonda birinciyə 2 saylı, ikinciyə Gəlmə kənd, üçüncüyə şəhər 1 saylı məktəb-liseyin komandası layiq görülüblər.

Xəbər 2280 dəfə oxundu.