Ronaldu Bekhemlə Zidanı geridə qoyub
Bu il Madrid «Real»ının 7 nömrəli köynəyi yaman satılır. Bu hadisəni artıq «Kritianomaniya» adlandırıblar. Klub azarkeşləri Ronalduya səcdə edir və onun komandadan gedişindən qorxurlar.

Portuqaliyalının adı yazılan köynəklər inanılmaz sürətlə satılır. «Real»da və «Adidas» şirkətində belə satışın öncə nə vaxt olduğunu xatırlaya bilmirlər. Onlar Bekhem və Zidanın göstəricilərini yoxlamağa məcbur qaldılar.

İdman.com.az saytı xəbər verir ki, portuqaliyalı həmin göstəriciləri geridə qoyub. Lakin rəsmi rəqəmlər hələ ki, açıqlanmır.

Xəbər 1059 dəfə oxundu.