Həmkarları Laudrupu ən yaxşı sayır
«Suonsi»nin çalışdırıcısı Mikael Laudrup Premyer Liqa klublarına başçılıq edən məşqçilər arasında ən yaxşısı seçilib. İdman.com.az saytı xəbər verir ki, danimarkalı mütəxəssisi bu şərəfə Premyer Liqanın məşqçilər assosiasiyası layiq görüb. Laudrupun namizədliyinə, həmkarlarından təxminən yarısı səs verib.

48 yaşlı mütəxəssisin rəhbərliyi altında «Suonsi» tarixində ilk inigilis mükafatını qazanıb. Liqa Kubokunun finalında «Bredford» 5:0 məğlub edilmişdi. Bu yolda isə daha əzəmətli klublar – «Liverpul» və «Çelsi» kənarlaşdırılmışdı.
Hazırkı çempionatda «Suonsi» 9-cu yerdədir. «Suonsi» üçün bu yeri layiqli saymaq olar. Lakin Laudrup dayanmaq fikrində deyil. Avrokuboklara vəsiqə verən 5-ci mövqedən komandanı 7 xal ayırır.

Laudrup paralel keçirilmiş başqa bir nominasiyada da ən yaxşı seçilib – «mövsümün ən yaxşı transferi»ndə yarımmüdafiəçi Miçunun keçidi 47 faizlə birinci olub. İkinci yerdə Robin van Persinin «Arsenal»dan «Mançester Yunayted»ə transferidir. Ən yaxşı gənc oyunçu nominasiyasında isə «Liverpul»un 18 yaşlı havbeki Rahim Sterlinq qalib gəlib.

Xəbər 909 dəfə oxundu.