Salih Uçan: "Qolu xatırlamıram"
Dünən futbol üzrə UEFA liqasının təkrar 1/8 final oyunları zamanı "Viktoriya Plzenlə" matçında ilk dəfə Fənərbağça formasını geyinən futbolçu Salih Uçan ilk qoluna imza atıb.


İdman.com.az saytı xəbər verir ki,türkiyə mətbuatına verdiyi müsahibəsi zamanı oyunçu qolu necə atdığını xatırlamadığını deyib.

Salih Uçan: "Qolu necə atdığımı xatırlamıram. Həm qol atdığım, həm də finala çıxdığım üçün həqiqətən də çox xoşbəxtəm. Fənərbağça forması mənim üçün uğurlu oldu və bununla ilk qoluma imza atdım. Belə hesab edirəm ki, heç də pis oyun nümayiş etdirmədim. Zənnimcə bu oyunu yaxşı oynadım. Ətrafımdakı hər kəs oyunumu qolla bəzəməyimi deyirdilər. Bəli bunu da etməyi bacardım. Mən tez-tez yeniliklər etməyi çox xoşlayıram".

Aynurə

Xəbər 933 dəfə oxundu.