Topaz Premyer Liqasında “altılıq” sistemi ləğv olundu
Topaz Premyer Liqasının qaydalarında dəyişiklik baş verib. İdman.com.az saytı xəbər verir ki, bu barədə AFFA-nın bu gün keçirilmiş İcraiyyə Komitəsinin iclasında qərar verilib.

Belə ki, 2013/14 mövsümündən “altılıq” sistemi ləğv olunacaq. Komandaların sayı da 12-dən 10-a düşəcək.

Bundan sonra Azərbaycan çempionatında 10 komanda iştirak edəcək. Klublar 4 dövrə mübarizə aparacaq.


Xəbər 1998 dəfə oxundu.