Masallıda rayon birinciliyi
Bədən tərbiyəsi və idmanın inkişafı yolunda görülən işlərin, bu sahədə dövlət siyasətinin icrasında şəffaflığın təmin edilməsi, eləcə də yerlərdə görülən işlərin respublika miqyasında təbliğatının gücləndirilməsi məqsədilə, Gənclər və İdman Nazirliyində bir sıra yeniliklərin tətbiqinə başlanıb.

25-26 yanvar Masallı rayonunda 20 yanvar şəhidlər gününə həsr olunmuş boks üzrə rayon birinciliyi keçirilib.

Masallı Olimpiya Kompleksində 36 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi rayonda boksun kiçik yaşlı uşaqlar, yeniyetmələr arasında təbliği, Məqsəd və vəzifələr: prespektivli idmançıların aşkar edilməsi, rayon yığma komandasının müəyyən edilməsi, rayonda fəaliyyət göstərən idman bölmələrinin işinin təkmilləşdirilməsi, idmançıların mənəvi və fiziki keyfiyyətlərinin inkişaf etdirilməsi, UGİM-nin fəaliyyəti və göstəricilərinə ümumrespublika baxış, idmançılarda vətənpərvərlik ruhunun artırılması olub.

Sonda 9 nəfər ilk yerlərə layiq görülüblər.

Xəbər 812 dəfə oxundu.