Fatih Terim: “ rəqibimiz “Yuventus” da olsa pis olmaz” | |
Çempionlar Liqasının “Malaqa” –“Portu” matçı öncəsi açıqlama verən “Qalatasaray”ın baş məşqçisi Fatih Terim 1/4 final mərhələsində qarşılaşmaq istədiyi komandanın adını açıqlayıb. O, İtaliyanın “Yuventus” klubu ilə görüşmək istədiklərini deyib. Baş məşqçi həmçinin açıqlamasında bildirib: “Biz “Portu”komandası ilə də qarşılaşmağı çox istəyirik. Ancaq rəqibimiz “Yuventus” da olsa pis olmaz”. Aynurə |
|
Xəbər 1079 dəfə oxundu. |
|
|