2013 Spring FIDE Open
ABŞ-nın Dallas şəhərində Texas universiteti tərəfindən keçirilən 2013 Spring FIDE Open turniri başa çatıb. 13 qrossmeyster daxil olmaqla 42 şahmatçının iştirak etdiyi turnirdə ölkəmizi beynəlxalq qrossmeyster Nicat Abasov və Faik Ələsgərov təmsil edib.

Nicat Abasov axırıncı turda Flipin qrossmeysteri Julia Katalino Sadorra ilə heç heçə edib və 6 xal toplayaraq 4-cü yeri tutub .

Faik Ələsgərov isə aktivinə 4 xal yaza bilib.
Turnirin qalibi 6.5 xalla Hindistanlı qrossmeyster Parimaran Neqi olub.

Xəbər 1265 dəfə oxundu.