10 bahalıdan 1-i türkdür
Dünyanın bu gün ən bahalı futbolçusu «Barselona» üçün qollarını ard-arda sıralayan argentinalı Lionel Messidir. İdman.com.az saytı xəbər verir ki, 4-qat «Qızıl top» sahibinin dəfəri 140 milyon avrodur. 10 ən bahalı futbolçu sırasında türk əsilli oyunçu da var. Bu, Almaniya yığmasının və Madrid «Real»ının oyunçusu Məsud Özildir.
Ümumiyyətlə, ilk onluğa aşağıdakı futbolçular daxildir:

1. Lionel Messi («Barselona», İspaniya) – 140 mln. avro
2. Kriştianu Ronaldu («Real», İspaniya) – 96,3
3. Andres İnyesta («Barselona», İspaniya) - 68,4
4. Ueyn Runi («Mançester Yunayted», İngiltərə) – 60,2
5. Radamel Falkao («Atletiko», İspaniya) – 56,1

6. Neymar («Santos», Braziliya) – 55
7. Serxio Aquero («Mançester Siti», ingiltərə) - 53,7
8. Sesk Fabreqas («Barselona», İspaniya) - 51
9. David Silva («Mançester Siti», ingiltərə) - 51
10. Məsud Özil («Real», İspaniya) - 44

Xəbər 895 dəfə oxundu.