Omar Kalabane milli komandaya çağırılıb
“Qəbələ”nin futbolçusu Omar Kalabane milli komandaya çağırılıb. Qvineya yığmasının baş məşqçisi Mişel Dussuyer ölkəmizə dəvət göndərib.

Yığmanın vitse-kapitanı Mozambiklə oyunun heyətinə yer alacaq. DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində baş tutacaq oyun martın 24-də Mozambikdə keçiriləcək.

Xəbər 932 dəfə oxundu.