Yığma komandamızda 4 legioner
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması martın 15-də və 16-da Bakıda, martın 17-dən 28-dək isə Avstriyada təlim-məşq toplanışında olacaq. Toplanış çərçivəsində yığmamız martın 23-də Gürcüstanın, martın 26-da isə Albaniyanın U-21 komandası ilə yoldaşlıq oyunu keçirəcək.

Artıq toplanışda iştirak edəcək heyət müəyyənləşib. Fanat.az xəbər verir ki, baş məşqçi Bernhard Raab 19 futbolçuyam dəvət göndərib. Onlardan 4-ü ölkə xaricindən çağırılıb. Belə ki, Almaniyadan 3, Ukraynadan 1 futbolçu millimizdən dəvət alıb.

Mirhüseyn Seyidov – “Neftçi”
Araz Abdullayev – “Neftçi”
Tərlan Quliyev – “Neftçi”
Kərim Diniyev – “Neftçi”
Elvin Yunuszadə – “Neftçi”
Emin Mehtiyev – “Neftçi”
Emil Balayev – “Neftçi”
Rəşad Əzizov – “Neftçi”
Hacı Əhmədov – “Qarabağ”
Tural İsgəndərov – “Qarabağ”
Şəhriyar Əliyev – “Bakı”
Nurlan Novruzov – “Bakı”
Abdulla Abasiyev – “İnter”
Fuad Bayramov – “İnter”
Amit Quluzadə – “Qəbələ”
Urfan Abbasov – “Qəbələ”
Slavik Alxasov – “Sumqayıt”
Andriy Popoviç – “Turan”
Ruslan Tağızadə – AZAL
Bayram Budaqov – “Dnepr” (Ukrayna)
Taşkın İlter – “Yntraxt” (Braunşveyq, Almaniya)
Fatih Şanlı – “Berqiş Qadbax 09″ (Almaniya)
Timur Temeltaş – “Kaiserslautern” (Almaniya)

Xəbər 837 dəfə oxundu.