FİFA növbəti reytinq cədvəlini açıqlayıb
FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Ötən ayla müqayisədə iki pillə irəliləyən Azərbaycan yığması 286 xalla 116-cı pillədə qərarlaşıb.

DÇ-2014-ün seçmə mərhələsindəki rəqiblərimizdən Portuqaliya 1 pillə geriləyib və 7-ci olub (1133 xal). Rusiya millisi 10-cu pillədəki mövqeyini qoruyubsa (1064 xal), İsrail 8 pillə geriləyərək 74-cü yerə düşüb (485 xal). Əvəzində Şimali İrlandiya 5 pillə irəliləyib – 97-ci yer (367 xal). Millimizin martın 22-də qarşılaşacağı Lüksemburq isə 3 pillə geriləyərək, 151-ci olub.

Siyahının ilk 10 pilləsində sadəcə Portuqaliya mövqeyini dəyişərək, 6-cı pillədən 7-ci yerə düşüb. İlk “onluq” belədi: İspaniya (1610), Almaniya (1473), Argentina (1309), İngiltərə (1174), İtaliya (1173), Kolumbiya (1159), Portuqaliya (1133), Hollandiya (1106), Xorvatiya (1080) və Rusiya (1064). Qardaş Türkiyə yığması isə 4 pillə geriləyib və 616 xalla 45-ci olub.

Növbəti reytinq cədvəli aprelin 11-də açıqlanacaq.

Xəbər 816 dəfə oxundu.