“Xəzər Lənkəran”ın heyətlə bağlı problemləri var
“Xəzər Lənkəran”ın heyətlə bağlı problemləri var. Lənkəran klubunun 3 futbolçusu zədəlidi.

Belə ki, “Rəvan”la kubokun cavab oyununda meydanı erkən tərk edən Manuel Skarlatakenin paytaxt klubu ilə Premyer Liqa matçında meydana çıxacağı gözlənilsə də, bu baş vermədi. Rumın oyunçunun çemponatdakı fasilənin sonunadək sağalacağı gözlənilir.

Zədə səbəbindən “Rəvan”la son matçı kapitan Rahid Əmirquliyev də buraxdı. Skarlatakedən fərqli olaraq adı “18-liy”ə daxil edilən kapitan belindəki ağrılar səbəbindən qarşılaşmanı kənardan izlədi.

Bu iki futbolçuya yeni transfer Marin Orsuliç də qoşulub. “Rəvan”la oyunda start heyətində yer alan və 90 dəqiqə oynayan xorvat oyunçu zədə alıb.

Xəbər 1006 dəfə oxundu.