“Kəpəz”in daha bir futbolçusu zədələnib
“Kəpəz”in daha bir futbolçusu zədələnib. Dünən AZAL-ı qəbul edən Gəncə klubunda rusliyalı hücumçu Vlad Serebryakov sıradan çıxıb.

Meydana start heyətində çıxan futbolçu 50-ci dəqiqədə zədə səbəbindən Zaur Əsədovla əvəzlənib. Vladın durumuna bu günlərdə aydınlıq gələcək.

Qeyd edək ki, baş məşqçi Mahmud Qurbanov AZAL-la oyunda zədə səbəbindən Emin Əliyev Ramil Kərimov, Georgi Sepiaşvili və Pirkuli Saparovun xidmətindən yararlana bilməyib.

Xəbər 792 dəfə oxundu.