Nani: Azərbaycanla oyunda qələbə çox vacibdir
Portuqaliya futbol yığmasının vingeri Nani DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində İsrail və Azərbaycana qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb:

“İsrail və Azərbaycanla oyunlar zamanı bizim qələbə qazanmağımız həqiqətəndə çox vacibdir. Bunlar çox önəmli oyunlar olacaq. Bu yaxınlarda iki möhtəşəm qələbəmiz olub.

Bütün bunlara baxmayaraq bizi ən çox təəsüfləndirən hal Şimali İrlandiya və Rusiya ilə oyunlar zamanı oldu, çünki bu oyunlarda bizə lazım olan ən vacib xallarımızı itirdik. Qarşıdakı oyunlara çox ümidlər bəsləyirik.

Bu görüşlərdə qazanılacaq qələbələr bizim əsl gücümüzə əminlik yaradacaq. Qarşıda bizi hələ çox oyunlar gözləyir. Ümid edirik ki,bu oyunlarla ilk pilləyə çıxmaq şansımız olacaq”.

Aynurə Pənahqızı

Xəbər 812 dəfə oxundu.