"Kəpəz" AZAL ilə görüşə ciddi itkilərlə çıxacaq
"Kəpəz" AZAL ilə görüşə ciddi itkilərlə çıxacaq. Komandanın 4 futbolçusu zədəlidir.

Belə ki, uzun müddətdir ki, yaşıl meydanlardan uzaq qalan Emin Əliyevdən başqa, komandanın daha 3 üzvü sıradan çıxıb. Bunlar qapıçı Ramil Kərimov, gürcü müdafiəçi Georgi Sepiaşvili və türkmənistanlı orta xətt oyunçusu Pirkulı Saparovdur. Adları çəkilənlər “təyyarəçilər”ə qarşı oyunda "Kəpəz"ə kömək edə bilməyəcək.

Xəbər 843 dəfə oxundu.