Həmid Altıntop qol vurduğuna görə üzr istədi
“Qalatasaray”ın futbolçusu Həmid Altıntop Çempionlar Liqası 1/8 final mərhələsinin cavab qarşılaşmasında “Şalke” üzərində qazandıqları qələbədən danışıb.

UEFA-nın saytına açıqlamasında futbolçu doğulduğu şəhərin klubuna qarşı oynamağın çətin olduğunu deyib: “Turu keçdiyimizə çox sevinirəm”.

H.Altıntop rəqib komandanın oyununa da münasibət bildirib: “Şalke”ni yaxşı oyun nümayiş etdirdiyi üçün təbrik edirəm. Matç fərqli nəticə ilə də bitə bilərdi. Ancaq bəxt bir az bizim tərəfdə oldu”.

H.Altıntop doğma şəhərinin komandasına qarşı qol vurduğu üçün “Şalke”nin azarkeşlərindən üzr istəyib: “Şalke”yə qol vurmağıma baxmayaraq, onların məni bağışlayacağına ümid edirəm”.

Xəbər 836 dəfə oxundu.