Qadınlar arasında Azərbaycan Çempionatı
Qadınlar arasında Azərbaycan Çempionatının 7-ci turunda –turnir cədvəlinə başçılıq edən Nərgiz Umudovanın Nərmin Söyünlü ilə görüşü heç-heçə başa çatıb.

Zeynəb Məmmədyarova , Günay Məmməzadə və Xəyalə Məmmədova bu turda rəqiblərinə qalib gələrək liderə çata biliblər.
Beləliklə 7-ci turdan sonra :

Nərgiz Umudova , Zeynəb Məmmədyarova , Günay Məmmədzadə və
Xəyalə Abdulla 5 xal toplayaraq 1-4-cü yerləri bölüşdürüblər.

Xatırladaq ki, yarışda birinci, üçüncü yerləri tutan şahmatçılar 2013-cü ilin iyul ayında Belqradda keçirilən şəxsi qadınlar arasında Avropa çempionatında iştirak etmək hüququ qazanacaqlar.

Xəbər 1015 dəfə oxundu.