Meydanda aslan kimi döyüşəcəyik
Türkiyə milli komandasının üzvü Burak Yılmaz “Şalke” ilə qarşılaşmanın 42-ci dəqiqəsində fərqlənərək “Real”ın portuqaliyalı futbolçusu Kriştiano Ronaldoya çatıb.
Həmçinin bir-birinin ardınca 6 oyunda rəqib qapıçılarını cəzalandırmaqla o Maruan Şamaxın rekorduna da şərik çıxıb.

“Qalatasaray”ın forvardı “Şalke”yə qarşı oyunu barədə şərh verib: "Bu matç çox möhtəşəm idi. Oyunda hər şey biz istəyimiz kimi keçdi. Məqsədimiz yarımfinalı hədəfləmək idi. Növbəti mərhələlərdə də çox güclü komandalarla qarşılaşacağıq.Bu bizi qorxutmur. Bizim üçün kimlə oynayacağımız çox da vacib deyil, çünki meydana çıxıb aslan kimi döyüşəcəyik. Biz artıq gözlədiyimizi keçmişik. Yarımfinal? Niyə də yox?".

Aynurə Pənahqızı

Xəbər 984 dəfə oxundu.