Burak Yılmaz 8-ci qoluna imza atıb
Bu mövsüm Çempionlar Liqasında 8-ci dəfə meydana çıxan “Qalatasaray”ın hücumçusu Burak Yılmaz 8-ci qoluna imza atıb. Türkiyə milli komandasının üzvü turnirin 1/8 final mərhələsinin cavab oyununda “Şalke” ilə qarşılaşmanın 42-ci dəqiqəsində fərqlənməklə “Real”ın portuqaliyalı futbolçusu Kriştiano Ronaldoya çatıb.

Həmçinin Burak ard-arda 6 oyunda rəqib qapıçılarını cəzalandırmaqla mərakeşli forvard Maruan Şamaxın rekorduna da şərik çıxıb.

Qeyd edək ki, Yımaz bu mövsüm Çempionlar Liqasında qol seriyasına oktyabrın 23-də start verib. İstanbulda ÇFR (1:1) keçirilən görüşdə Burak komandasının yeganə qoluna imza atmışdı.

Xəbər 863 dəfə oxundu.