Xəzər rayonunda stolüstü tennis üzrə rayon kuboku
Martın 2-də «Stolüstü – tennis üzrə idman növünü rayonda inkişaf etdirmək, asudə vaxtın səmərəli təşkili, istedadlı tennisçiləri aşkar etmək, Bakı şəhər kubokunda iştirakçıları müəyyən etmək məqsədilə 183 saylı tam orta məktəbdə kişilər və qadınlar arasında stolüstü - tennis üzrя rayon kuboku keçirilib.

Turnirdə 30 tennisçi öz qüvvəsini sınayıb. Yekun nəticələrə görə kişilər arasında Vüqar Hüseynov birinciyə, Mübariz Daşdəmirov ikinciyə, Araz Müseyibov üçüncüyə, qadınlar arasında Musayeva Səmayət birinciyə, Rumiyyə Quliyeva ikinciyə, Məleykə Çumarina üçüncü yerə layiq görülüblər.

Sonda qaliblər Xəzər rayon Gənclər və İdman idarəsi tərəfindən diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.

Xəbər 807 dəfə oxundu.