Xəzər rayonunda final mərhələsi keçirilib
Martın 12-də Xəzər rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə rayon məktəbliləri arasında bədən tərbiyəsi və idmanı daha da geniş təbliğ etmək, məktəblilərin fiziki cəhətdən inkişafını və sağlamlıqlarının qorunmasını təmin etmək, istedadlı yeniyetmə və gəncləri aşkar etmək məqsədi ilə ХХV Spartakiadanın dördnövçülük növü üzrə oğlanlar arasında rayon final mərhələsi keçirilib.

Rayon final mərhələsində 6 məktəb 36 nəfər idmançı öz qüvvəsini sınayıblar.

Yekun nəticələrə görə birinciyə 26, ikinciyə 230, üçüncü yerə 92 saylı tam orta məktəb layiq görülüblər.

Sonda qaliblər Xəzər rayon Gənclər və İdman idarəsi tərəfindən diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.

Xəbər 879 dəfə oxundu.