Prezident postunu qorudu
Afrika Futbol Konfederasiyasında (AFK//CAF) prezident seçkiləri keçirilib. Seçkidə sadəcə bir namizəd – qurumun bundan əvvəlki prezidenti İssa Hayatou iştirak edib.

Kamerunlu prezident 2017-ci ilədək bu postu tutacaq. Əlcəzairli Muhammed Ruvrare və sudanlı Mecdi Şəmsəddin isə İcraiyyə Komitəsinə üzv seçilib.

FİFA prezidenti Zepp Blatter və UEFA-nın rəhbəri Mişel Platini İssa Hayatouya zəng vuraraq, təbrik ediblər.

Qeyd edək ki, o, 1988-ci ildən AFK-ya başçılıq edir.

Xəbər 832 dəfə oxundu.