“Olimpiakos” çempionluğunu elan edib
Yunanıstan Super Liqasında 2012-2013 mövsümünün qalibi müəyyənləşib. “Olimpiakos” mövsümün sonuna 5 tur qalmış çempionluğunu elan edib.

Komanda 25-ci turda AEK-i 3:0 hesabı ilə yenib. Bununla da ən yaxın izləyicicisi “Asteras”la 16 xallıq fərqi qoruyan “Olimpiakos” son 5 turun nəticələrini gözləmədən çempion olub.

Qeyd edək ki, bu “Olimpiakos”un tarixində 40-cı çempionluqdu. 88 yaşlı klub ardıcıl 3-cü mövsümdə qızıl medallara sahib çıxıb.

Xəbər 825 dəfə oxundu.