“Karpos Open” şahmat turniri davam edir | |
Martn 9-da Makedoniyanın Skopye şəhərində start götürən “Karpos Open” beynəlxalq şahmat turniri davam edir. Turnir İsveçrə sistemi ilə keçirilir və 9 turdan ibarətdir. 31 ölkədən - 57 beynəlxalq qrossmeyster daxil olmaqla 236 şahmatçı qələbə uğurunda mübarizə aparır. Azərbaycanı bu turnirdə beynəlxalq qrossmeyster Eltac Səfərli təmsil edir. 4 –cü turda Eltac Səfərli Xorvatiyalı qrossmeyster Alojzije Jankoviclə heç-heçə edərək mümkün 4 xaldan 3.5 xal toplayaraq 3-cü yerdədir. “Karpos Open” beynəlxalq şahmat turniri martın 16-da başa çatacaqdır. |
|
Xəbər 839 dəfə oxundu. |
|
|