AFFA İntizam Komitəsinin növbəti iclası keçiilib
AFFA İntizam Komitəsinin növbəti iclası keçiilib. Komitə üzvləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunlarında qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.

“Simurq”un futbolçusu Mario Bojiç 1 oyunluq cəzalandırılıb, klubu 200 manat cərimə edilib. Buna səbəb futbolçunun matçın 72-ci dəqiqəsində idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan qovulması olub.

Matç başa çatdıqdan sonra “Simurq”un futbolçuları tərəfindən stadionun bir neçə inventarı sındırılıb. Bu səbəbdən Zaqatala klubu dəymiş zərərə uyğun olaraq “Neftçi”nin təqdim edəcəyi hesab əsasında ödəmə edəcək.

“Xəzər Lənkəran”la oyunun 80-ci dəqiqəsində sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alan “Rəvan”ın futbolçusu Nikolay Orlovski 1 oyunluq cəzalandırılıb, klubu 200 manat cərimə edilib. “Qarabağ” isə “Qəbələ” ilə oyunda 4 futbolçusu sarı vərəqə aldığından 1000 manat cərimələnib.

Xəbər 814 dəfə oxundu.